PSJ-nin baş məşqçisi Luis Enrike velosipeddən yıxılaraq körpücük sümüyünü sındıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

55 yaşlı ispaniyalı mütəxəssis dünən təcili yardıma aparılıb və əməliyyat olunub. Əlavə məlumat verilməyib.

 

Qeyd edək ki, PSJ Enrikenin rəhbərliyi altında ötən mövsüm Çempionlar Liqası ilə yanaşı, Fransa çempionluğu və kubokunu qazanıb. Klublararası dünya çempionatında isə finalına yüksəlib.