Futbol üzrə Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Moskva “Dinamo”su ilə üz-üzə gəlib. Əliyevin komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

Azər də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.

“Ufa” 17 turdan sonra 16 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.