İspaniyanın "Barselona" klubu La Liqa çərçivəsində keçiriləcək "Real Madrid"lə qarşılaşma üçün VIP biletlərin satışına start verib. Sport24.az xəbər verir ki, Kataloniya təmsilçisi bu kateqoriyaya aid biletləri 4000 avro (təxminən 7400 AZN) qiymətinə satışa çıxarıb.

 

"El Klasiko" üçün VİP biletlərin qiyməti adi bilet qiymətindən dörd dəfə bahadır.

 

Premium kateqoriyaya daxil olan biletlər azarkeşlərə xüsusi imkanlar təqdim edir. Belə ki, bu biletlərə sahib olan şəxslər ehtiyat oyunçular skamyasına və futbolçulara çox yaxın yerlərdə əyləşmək imkanı əldə edir. Bundan başqa, azarkeşlər stadionun VIP zonasına giriş, eləcə də oyunöncəsi və oyundan sonra təqdim olunan yüksək səviyyəli qonaqpərvərlik xidmətlərindən - yemək və içkilər daxil olmaqla - yararlana bilirlər.

 

Qeyd edək ki, "Barselona" bu addımla "El Klasiko"ya marağı maksimum səviyyəyə çatdırmaq və kommersiya gəlirlərini artırmağı hədəfləyir.