"Çox maraqlı, gərgin və n əsası baxımlı oyun oldu. "Sabah" son qarşılaşamalarda çox yaxşı oyun göstərir və nəticə qazanır". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın sabiq baş məşqçisi Ramin Quliyev deyib.

Təcrübəli mütəxəssis "Sabah"ın "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldiyi Misli Premyer Liqasının I turundan təxirə salınmış qarşılaşma barədə fikirlərini bölüşüb:

"İkinci dövrəni belə davam etsələr, "Sabah" çempion da ola bilər. Baxımlı, stabil futbol oynayırlar. Çox yaxşı baş məşqçiləri var. Oyunçular bir-birilərini tamamlayır. Cari mövsümün gedişi göstərir ki, yayda yaxşı seleksiya işi paraılıb. Bunun da nəticəsi olaraq komanda bu il yüksək yerlər uğrunda oynayır. Belə davam etsələr, çempionluq Masazır təmsilçisi üçün uzaqda deyil".

Qeyd edək ki, Masazırda baş tutan görüşdə meydan sahibləri əzmkar qələbə qazanıb. Bununla da "Sabah" turnir cədvəlində "Qarabağ"ı keçərək liderliyə yüksəlib.