Misli Premyer Liqasının XVI turunun "Kəpəz" – "Turan Tovuz" oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– İlin sonuncu oyunu idi. Uşaqlar məsuliyyəti dərk edirdilər. Zədə səbəbindən həyətdə itkilər var idi. Bəzi futbolçular öz mövqelərində oynamırdı. Vacib qələbəyə görə onlara təşəkkürümü bildirirəm.
– Ötən matçdan sonra azarkeşlər sizin ünvanınıza istefa şüarları səsləndirdilər. Bu gün təzyiq hiss edirdiz?
– Xeyr, təcrübəli məşqçiyəm. Belə şeylərə fikir vermirəm.
– Azərbaycan mətbuatını izləyirsiz?
– Rusiyada olanda da mətbuatda yazılanları oxumurdum. Yalnız öz işimə köklənirəm.
– Qış təlim-məşq toplanışının planları qurulub?
– 4-18 yanvar tarixləri arasında Türkiyədə toplanış keçəcəyik. Ayın 10-u və 17-si yoxlama oyunlarımız olacaq.