"Əl-İttihad"ın idman direktoru Ramon Planes "Real"ın hücumçusu Vinisius Juniorun Səudiyyə Ərəbistanına mümkün transferi ilə bağlı fikirlərini bildirib. Sport24.az xəbər verir ki, klub funksioneri bununal bağlı "Marca"ya açıqlama verib:

 

"Vinisius kimi oyunçuların Səudiyyə Ərəbistanına köçmə ehtimalını görürəm. Liqanın inkişafını izləyərkən başa düşürəm ki, yüksək səviyyəli oyunçuların ən yaxşı vaxtlarında gəlişi tamamilə mümkündür.

Hazırda liqa əla fiziki vəziyyətdə olan oyunçuları cəlb etməyə doğru gedir. Yalnız karyeralarının sonlarında olanlarla müqavilə bağlamaq artıq mümkün deyil".

 

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda hücumçunun yaxın vaxtlarda "Real"dan gedəcəyi ilə bağlı xəbərlər yaylıb.