Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu "Atalanta"ntanın 25 yaşlı braziliyalı yarımmüdafiəçi Edersonun transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə  insayder Fabrisio Romano X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

 

Mənbənin sözlərinə görə, "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes "Əl-Hilal"ın təklifini rədd etdikdən sonra klub rəhbərliyi Edersonun agenti ilə əlaqə yaradıb.

 

Qeyd edək ki, Ederson ötən mövsüm bütün turnirlərdə 49 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.