"Şalke 04" Cekonun müqaviləsini uzadır
"Şalke" hücumçusu Edin Dzeko ilə müqaviləni uzadıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin iddiasına görə, 40 yaşlı bosniyalı futbolçu ilə yeni müqavilə 2027-ci ilin iyununa qədər nəzərdə tutulub. Bildirilir ki, "Şalke"nin Bundesliqaya qayıtmasından sonra Dzeko A Seriyası, MLS və Almaniyanın digər klublarından gələn təklifləri rədd edərək komandada qalmağa qərar verib.
Müqavilənin uzadılması ilə bağlı rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi gözlənilir.
Dzeko ötən mövsüm Almaniya klubunun heyətində 11 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.