Ulduz futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" futbol komandası ciddi maliyyə böhranı ilə üzləşib. Sport24.az xəbər verir ki, Ər-Riyaddan olan komandanın borcları 800 milyon Səudiyyə riyalını (362 milyon manatdan çox) keçib.

 

Maliyyə problemləri səbəbindən "Əl-Nəsr"in yay transfer pəncərəsində yeni futbolçularla müqavilə bağlaması dayandırılıb. Klubun hətta razılıq əldə etdiyi bəzi keçidləri rəsmiləşdirə bilmədiyi qeyd olunur.

 

Böhrandan çıxış yollarından biri kimi klubun paylarının bir hissəsinin satılması nəzərdən keçirilir. Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun bununla bağlı təklifləri dəyərləndirdiyi qeyd olunur.

 

Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" 2025/26 mövsümündə Səudiyyə Ərəbistanı Peşəkar Liqasının qalibi olub. Komanda sonuncu dəfə 2018/19 mövsümündə ölkə çempionu adını qazanmışdı.