"Mayorka" "Vilyarreal"ın qapıçısı Arnau Tenası 2026/27 mövsümünün sonuna qədər icarəyə götürüb. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
25 yaşlı qapıçı "Barselona" akademiyasının yetirməsidir və 2023-cü ildən 2025-ci ilə qədər PSJ-nin şərəfini qoruyub. O, 2024-cü ildə keçirilən Paris Olimpiadasında İspaniya millisinin əsas qapıçısı olub və qızıl medal qazanıb.
Ötən mövsüm Tenas "Vilyarreal"ın heyətində 15 oyunda 26 qol buraxıb.
Qeyd edək ki, "Mayorka" ötən mövsüm La Liqada 18-ci yeri tutaraq Sequndaya düşüb.