Azərbaycan millisinin futbolçusu Toral Bayramovun çıxış etdiyi "Bursaspor" bu gün son Ukrayna çempionu "Şaxtyor"la qarşılaşacaq. Sport24.az xəbər verir ki, türk mütəxəssis Arda Turanın baş məşqçsii olduğu Donetsk təmsilçisinə qarşı yoxlama görüşü Bursa stadionunda keçiriləcək.

 

Matç "TRT Spor" kanalı vasitəsi ilə canlı yayımlanacaq.

 

T.Bayramov matça start heyətdə başlayacaq.

 

Qeyd edək ki, "Bursaspor" – "Şaxtyor" görüşü Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.