"KuPS"un baş məşqçisi Miika Nuutinen Çempionlar Liqasında "Sabah"a qarşı keçirəcəkləri cavab oyunu ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, klubun saytına danışan mütəxəssis bunları deyib:

 

"Oyun Bakıdakından fərqli olacaq. Orda minimal hesabla məğlub olsaq da, şanslarımızı saxlamışıq. Yaxşı nəticə üçün meydanda gözəl performans göstərməliyik".

 

"KuPS" ilk oyunda "Sabah"a 0:1 hesabıyla uduzub. Cavab görüşü iyulun 28-də Kuopio şəhərində olacaq.