"Napoli" yarımmüdafiəçi Antonio Verqara ilə yeni müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
23 yaşlı italiyalı futbolçu ilə müqavilə 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Verqara ötən mövsüm 19 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.