Bu gün "Şamaxı" yay təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib. Sport24.az xəbər verir ki, "Şamaxı" Qətərin "Əl-Xəritiyyət" klubu ilə qarşılaşıb.
Qəbələdə baş tutmuş görüşdə şamaxılılar 3:0 qalib gəlib.
Premyer Liqa klubuna qələbə gətirən qolları Uğur Cahangirov, Emin Rüstəmov və Edqar Adilxanov vurub.
"Şamaxı" (Azərbaycan) – "Əl-Xəritiyyət" (Qətər) 3:0