Bu gün minifutbol üzrə dünya çempionatında həlledici gündür. Sport24.az xəbər verir ki, mundilaın son günündə 3-cü yer uğrunda və final qarşılaşmaları baş tutacaq.

 

Azərbaycan millisi "qızıl" uğrunda oyunda Macarıstanla qarşılaşacaq. Bu matçdan əvvəl isə Serbiya və Monteneqro milliləri arasında görüşdə bürünc medalların sahibi müəyyənləşəcək. 

 

Dünya çempionatı
3-cü yer uğrunda görüş
1 iyun


18:00. Monteneqro - Serbiya

Final
20:00. Azərbaycan – Macarıstan

Qeyd edək ki, minifutbol üzrə Azərbaycan milli komandasının dünya çempionatında ən yaxşı nailiyyəti 2016-cı il dünya çempionatında 1/4 finala yüksəlməsi olub.