Ötən gecə Şimali Amerikada keçiriləcək dünya çempionatına yollanacaq 30-cu komanda müəyyənləşdi. Sport24.az xəbər verir ki, öz meydanında Farer adalarını 3-1 hesabı ilə məğlub edən Xorvatiya seçmə mərhələdə L qrupunda birinci yeri tutdu.

 

DÇ-2026-ya vəsiqəni təmin edən millilər isə bunlardır: ABŞ, Kanada, Meksika, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Seneqal, Kot-d'İvuar, Fransa və Xorvatiya.

 

Qeyd edək ki, ilk dəfə dünya çempionatında 48 komanda iştirak edəcək.