ABŞ prezidenti Donald Tramp Argentina millisinin oyunçusu Lionel Messinin, Portuqaliya yığmasının formasını geyinən Kriştiano Ronaldonun və İngiltərə millisinin üzvü Harri Keynin çıxışlarını yüksək qiymətləndirib. Sport24.az xəbər verir ki, o, bu barədə final öncəsi açıqlamasında danışıb:

 

"Messi çox yaxşıdır. O, Əlcəzairə qarşı het-trik edib və başa düşdüyüm qədəri ilə bu, heç də asan məsələ deyil. Böyük oyunçular xüsusi doğulurlar. Ronaldonun da onlardan biri olduğunu bilirəm. Onu tanıyıram, o, əla insandır.

 

İngiltərədə qolf oynadığım əla bir oyunçu da var. Harri Keyn fantastik oyun sərgiləyib. Düşünürəm ki, onu müdafiəyə qoymaq səhv idi".

 

Qeyd edək ki, DÇ-2026-nın finalında İspaniya və Argentina qarşılaşacaq. Tunirin həlledici qarşılaşması iyulun 19-u, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.