Xorvatiyanın "Dinamo" klubu baş məşqçisi Fabio Kannavaronu istefaya göndərib. Sport24.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Xorvatiya çempionatının son turunda "İstra"ya 0:3 hesablı məğlubiyyət klub rəhbərliyinin qərarını qətiləşdirib.

 

Komanda Kannavaronun rəhbərliyi altında 14 rəsmi oyunda 7 qələbə qazanıb, iki heç-heçə edib, 5 dəfə məğlubiyyətlə üzləşib.

 

Qeyd edək ki, "Dinamo" hazırda Xorvatiya çempionatının turnir cədvəlində 46 xalla 3-cü pillədədir. 51 yaşlı mütəxəssis bu ilin yanvar ayından Zaqreb təmsilçisini çalışdırırdı.