Moskva "Dinamo"su hücumçusu Ülvi Babayevlə yeni müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

21 yaşlı azərbaycanlı futbolçunun "ağ-göylər"lə yeni anlaşması 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Müqavilədə daha bir mövsüm uzatma bəndi də yer alıb.

 

Qeyd edək ki, Babayev "Dinamo"nun yetirməsidir. O, əsas komandanın heyətində bütün turnirlər üzrə 16 oyuna çıxıb və 5 qol vurub. Bir müddət əvvəl mətbuatda Ülvi Babayevin "Spartak"a keçəcəyi xəbəri yayılsa da, "ağ-göylər" futbolçunu əbədi rəqibinə keçidinə imkan verməyib.