Dani Karvaxal "Albasete"yə məğlubiyyətdən sonra "Real"ınazarkeşlərinə müraciət edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

34 yaşlı futbolçu açıqlamasında azerkeşlərdən üz istəyib:

 

"Oyuna görə məsuliyyət daşıyan bizik. Madridin gözləntilərinə cavab verə bilmirik. İlk növbədə də mən özüm. İndi vəziyyəti düzəltmək üçün vaxtımız var və hər kəs özünü dəyərləndirməlidir. Sabah danışacağıq və bir komanda olaraq məsələni birlikdə müzakirə edəcəyik".

Qeyd edək ki, dünən "Real" gözlənilmədən 2-ci liqa klubu "Albasete"yə 2-3 hesabı ilə məğlub olaraq İspaniya Kral Kubokunda mübarizəni dayandırıb.