Futzal üzrə Azərbaycan millisinin Danimarka yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər bəlli olub. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.  

 

Yanvarın 22-də, saat 19:00-da keçiriləcək görüşü Əli Cəbrayılov, İmran Məhərrəmov və Ramil Namazov idarə edəcək. 

 

Yanvarın 24-də baş tutacaq ikinci qarşılaşmada isə Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov söz sahibi olacaq. 

 

Qeyd edək ki, hər iki oyun Bakı İdman Sarayında baş tutacaq.