"Tottenhem" yarımmüdafiə xəttini İngiltərə millisinin üzvü ilə gücləndirib. Sport24.az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, London klubu Madrid "Atletiko"sunun yarımmüdafiəçi Konor Qallaheri transfer edib.
Bu keçid "Tottenhem"ə təxminən 40 milyon avroya başa gəlib.
"Çelsi"nin keçmiş oyunçusu dünən tibbi müayinədən keçib və klubla beş illik müqavilə imzalayıb. O, yeni komandasında 22 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Aston Villa" da yarımmüdafiəçinin xidmətində maraqlı idi. Ancaq Konor onların təklifini geri çevirib.