"Kalyari"nin qapıçısı Elia Kaprile karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, adı açıqlanmayan Premyer Liqa klubu 24 yaşlı qapıçı ilə maraqlanır. "Sardiniyalılar" isə qolkiperə görə qarşı tərəfdən təxminən 25 milyon avro tələb edir. 

 

Qeyd edək ki, Kaprile bu mövsüm bütün turnirlərdə 22 oyun keçirib və 32 qol buraxıb. Üç matçda isə qapısını toxunulmaz saxlayıb. "Kalyari" 19 xalla A Seriyasında 16-cı yerdədir.