İkinci Liqanın iddialı komandaların olan "Xankəndi" bu gündən təlim-məşq toplanışına start verir. Sport24.az xəbər verir ki, komandanın yeni baş məşqçisi Zaur Hacıyevin rəhbərlikdən tələbinə uyğun olaraq, bölgə təmsilçisinin hazırlıq prosesi gündə bir dəfə olmaqla, yanvarın sonunadək davam edəcək.

 

Qarşısına I Liqaya vəsiqə qazanmaq məqsədi qoyulan komanda hazırlıq dönəmində dörd yoxlama oyunu keçirməyi planlaşdırır ki, rəqiblər hələ tam müəyyənləşməyib.

 

Qeyd edək ki, aktivində 39 xal olan "Xankəndi" lider "Qaradağ Lökbatan"la eyni xala malik olsa da, əlavə göstəricilərə görə, turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.