Çempionlar Liqasının beşinci turu çərçivəsində baş tutacaq "Atletiko" - "İnter" matçından əvvəl madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone İspaniyadan ayrıldıqdan sonra hansı kluba rəhbərlik etmək istədiyini açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə "Goal.com" portalı məlumat yayıb:

 

"Bu, təkcə məndən asılı məsələ deyil. Məşqçilik karyeramda özümü bir gün "İnter"i çalışdıracağımı təsəvvür edə bilərəm. Düşünürəm ki, bu, bir gün baş verəcək".

 

Qeyd edək ki, "Atletiko" - "İnter" görüşü bu gecə, İspaniya paytaxtındakı "Civitas Metropolitano" stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti saat 00:00-da səslənəcək.