İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhem 2003-cü ildə "Mançester Yunayted"dən "Real"a keçdiyi üçün peşman olduğunu bildirib. Sport24.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində qeyd edib:

 

"Karyeramın sonuna qədər "Mançester Yunayted"də qalmaq istərdim və heç vaxt ayrılmazdım. Amma görünür qismət deyilmiş. Karyeramdakı ən böyük peşmanlığım "Real"a keçmək oldu".

 

Qeyd edək ki, Bekhem karyerası ərzində "Mançester Yunayted", "Real", "Los Anceles Qalaksi", "Milan" və PSJ kimi klublarda çıxış edib. Hazırda 49 yaşlı veteran MLS-də mübarizə aparan "İnter Mayami"nin prezidentidir.