İngiltərənin "Tottenhem" futbol komandasının yeni baş məşqçisi təyin olunan Roberto De Zerbi komandadakı ilk transfer hədəfini müəyyənləşdirib. Sport24.az xəbər verir ki, London təmsilçisi "Fulhem"in ulduzu Harri Vilsonu heyətinə qatmaq üçün "Liverpul" və "Mançester Yunayted"lə ciddi rəqabətə girib.
Yayda azad agent statusu alacaq 29 yaşlı uelsli yarımmüdafiəçi bir çox nəhəng klubun diqqət mərkəzindədir. Cari mövsümdə Premyer Liqada keçirdiyi 29 matçda 10 qol və altı məhsuldar ötürmə ilə yadda qalan Vilson karyerasının ən parlaq dövrünü yaşayır.
Xüsusilə "Enfild" və "Old Trafford" rəsmilərinin futbolçunun vəziyyətini yaxından izlədiyi bildirilir. Lakin De Zerbinin bu transferi şəxsən istəməsi "Tottenhem"in əlini gücləndirən əsas amillərdən biridir.
İtaliyalı mütəxəssis Harri Vilsonu yeni komandasının hücum xəttini gücləndirəcək ən mühüm sima kimi görür.