İsveç millisi DÇ-2026-nın qrup mərhələsinin ilk oyununda Tunisə qalib gəlib. Sport24.az xəbər verir ki, F qrupunda yer alan komandaların qarşılaşması Meksikanın Monterrey şəhərində keçirilib.

 

Görüşdə ilk qolu 7-ci dəqiqədə Yasin Ayari vurub. 30-cü dəqiqədə Skandinaviya təmsilçisi hesab arasında fərqi iki topa çatdırıb. Bu dəfə Aleksandr İsak fərqlənib. Afrikalılar ilk yarının sonlarında buraxılan qollardan birinin əvəzini çıxmağı bacarıblar. 43-cü dəqiqədə Omar Rekik adını tabloya yazdırıb. 

 

İkinci hissənin əvvəlində, daha dəqiq desək, 59 dəqiqədə İsveçin hücumçusu Viktor Dyökereş qapını dəqiq nişan alıb - 3:1. Mattias Svanberq komandasının 4-cü qolunun müəllifi olubsa, oyunda son nöqtəni əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə Yasin Ayyari qoyub.