"Lans" Dino Toppmöellerlə ortaq məxrəcə gəlib. Sport24.az Fransa mətbuatına istinadən xəbər verir ki, Fransa klubu avstriyalı məşqçinin şərtlərini tam şəkildə qəbul edib.

 

45 yaşlı mütəxəssis "qırmızı-qızıllar"la iki illik müqavilə imzalayacaq. Qeyd olunur ki, komandanın Çempionlar Liqasında iştirakı məşqçinin təklifi dəyərləndirməkdə əsas amil olub.

 

Toppmöelleri 2026-cı ilin yanvarından Frankfurt "Ayntraxt"ından ayrılandan işsiz idi. 

 

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda "Kristal Pelas"ın avstriyalı mütəxəssisə təklif göndərdiyi barədə xəbərlər yayılmışdı.

 

Qeyd edək ki, "Lans" ötən mövsüm Fransa çempionatında ikinci yeri tutub və "qırmızı-qaralar" növbəti mövsümdə Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq.