"Bavariya" hücumçusu Maykl Oliseyə yeni müqavilə təklif etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "L'Équipe" qəzeti məlumat yayıb.
Münhen klubu 24 yaşlı cinah oyunçusunun mümkün gedişi ilə bağlı şayiələri yatırmaq istəyir. Fransız futbolçuya 2031-ci ilə qədər maaşının ikiqat artırılması ilə şərti yeni müqavilə təklif olunacaq.
Qeyd edək ki, "Bavariya" bu məsələni payıza qədər yekunlaşdırmağı planlaşdırır. Olisenin "Real" və PSJ-nin maraq dairəsində olduğu bildirilir.