Almaniyalı keçmiş futbolçu Sami Xedira "Real"ın məşqçisi olacaq. Sport24.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 

 

39 yaşlı veteran futbolçu bu yaxınlarda "Kral klubu"nun "sükanı arxasına" keçən Joze Mourinyonun məşqçilər korpusunda yer alacaq. Bu, onun ilk məşqçilik təcrübəsi olacaq.

 

Qeyd edək ki, Sami Xedira 2010-cu ildən 2015-ci ilə qədər "Real"ın formasını geyinib. Yarımmüdafiəçi futbolçu karyerasını  2021-ci ildə başa vurub.