"Sabah"ın Avstriyadakı yay təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərdən biri müəyyənləşib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Masazır təmsilçisi Rumıniyanın "Universitatya Krayova" klubu ilə qarşılaşacaq.
Tərəflər arasında keçiriləcək yoldaşlıq görüşünün iyunun 24-nə təsadüf edəcəyi bildirilir. Bu matç "Sabah"ın yeni mövsümə hazırlıq proqramının mühüm hissələrindən biri olacaq.
Maraqlıdır ki, hər iki komanda yeni mövsümdə UEFA Çempionlar Liqasında mübarizə aparacaq. Rumıniya çempionu "Universitatya Krayova" I təsnifat mərhələsində "Sabah"ın potensial rəqibləri sırasında yer alır.
Beləliklə, tərəflər rəsmi qarşılaşma ehtimalından əvvəl güclərini yoxlama oyununda sınamaq imkanı əldə edəcəklər.