Braziliya millisi DÇ-2026-ya heç-heçə ilə start verib. Sport24.az xəbər verir ki, C qrupunun ilk turunda Mərakeşlə qarşılaşan beşqat dünya çempionu "sülh" bağlayıb - 1:1.

 

ABŞ-ın İst-Raterford şəhərində yerləşən MetLife Stadionunda keçirilən oyunda hesabı mərakeşlilər açıblar. Matçın 21-ci dəqiqəsində İsmail Saybari adını tabloya yazdırıb.

 

Braziliya millisi 32-ci dəqiqədə hesabı bərabərləşdirib. Vinisius Junior komandasının ilk və yeganə qolunun müəllifi olub. 

 

Qrupun ikinci turunda Braziliya Haiti ilə, Mərakeş isə Şotlandiya ilə üzə üzə gələcək. Hər iki oyun iyunun 20-də keçiriləcək.