"Marsel"in vingeri Conatan Rou "Bolonya" ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

 

22 yaşlı ingilislə müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Norviç"in futbolçusu bu yay "Marsel" ilə müqavilə imzalamışdı.

 

Fransa klubunun sahibi avqustun 22-də, ilk tur çərçivəsində keçirilən "Renn"lə oyunundan (0:1) sonra paltardəyişmə otağında dalaşdıqlarıl üçün Rou və Adrien Rabionu transferə çıxarmaq qərarı vermişdi.

 

Qeyd edək ki, Rou 2024-cü ilin yayında "Norviç"dən "Marsel"ə icarəyə verilmişdi. Hücumçu son mövsümdə 30 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.