Slovakiyanın "DAK 1904" klubunun məşqçisi Roberto Kuesta bu gün "Zirə"yə qarşı keçiriləcək Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu ərəfəsində klubun rəsmi saytına açıqlama verib. Sport24.az xəbər verir ki, ispaniyalı məşqçi "qartallar"ın oyun zamanı boş zonalar burxdığını söyləyib: 

 

"Zirə" güclü komandadır, topu özündə saxlamağa, oyuna nəzarət etməyə çalışır. Bununla belə, onlar meydanda boş zonalar buraxırlar ki, biz də bundan yararlana bilərik. Topu qazandıqdan sonra qol vura bilərik. Bu, evdə cavab oyunundan əvvəl üstünlük qazanmaq üçün yaxşı şans olardı".

 

Qeyd edək ki, "Zirə" - "DAK 1904" matçı "Dalğa Arena"da keçiriləcək və saat 20:30-da başlayacaq.