Dortmund "Borussiya"sının hücumçusu Covanni Reyna "transfer pəncərəsi" bağlanmamış Mönhenqladbax "Borussiya"sına a keçə bilər.

 

 Yekun qərarın bu gün veriləcəyi gözlənilir.

 

Bir müddət əvvəl mətbuatda 22 yaşlı amerikalı ilə "Parma"nın maraqlandığı bildirilirdi.

 

Qeyd edək ki, Reynanın "Borussiya" ilə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir. Transfermarkt oyunçunun qiymətini 7 milyon avro qiymətləndirir. Hücumçu 2024/25 mövsümündə bütün turnirlərdə 26 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.