Coşqun Diniyevin şərəfini qoruduğu "Ümraniyəspor"a yeni baş məşqçi təyin olunub. Sport24.az xəbər verir ki, Türkiyə I Liqasında çıxış edən komandaya Tuncay Şanlı rəhbərlik edəcək.

 

42 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. Şanlı ötən mövsümdə "Sakaryaspor"a rəhbərlik edib. Komanda onun başçılığı ilə pley-offun finalında uduzaraq, Superliqaya vəsiqə qazana bilməyib.

 

Qeyd edək ki, Diniyevin komandası 2023/2024 mövsümünü 43 xalla 11-ci pillədə başa vurub.