Recopa Cənubi Amerika kubokunun ikinci oyununda "Flamenqo"  əlavə vaxtda "Lanus"a 2:3 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, qarşılaşma Rio-de-Janeyrodakı "Marakana" stadionunda keçirilib.

 

İki oyunun ümumi nəticəsinə görə, Brazliya klubunu üstələyən Argentina təmsilçisi tarixində ilk dəfə bu kuboka sahib çıxıb. 

 

Qeyd edək ki, Recopa kuboku, Avropa Super Kubokunun ekvivalentidir. Həlledici oyun Libertadores Kuboku və Sudamericana Kuboklarının qalibləri arasında keçirilir. Argentinanın "Boka Xuniors" klubu 4 dəfə bu kuboku başı üzərinə qaldırıb.