Ötən gecə Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma keçirilib. 

 

"Kayrat", "Dinamo" (Kiyev), "Kopenhagen", "Srvena Zvezda" və "Slovan Bratislava" adlarını növbəti mərhələyə yazdırıblar. 

 

Qeyd edək ki, bu mərhələnin digər 10 cavab oyunu bu gün baş tutacaq. "Qarabağ" da cavab matçına çıxacaq. Ağdam təmsilçisi ilk görüşdə İrlandiyada 3:0 hesabı ilə qalib gəldiyi "Şelburn"la Bakıda qarşılaşacaq.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

 

"Kayrat" (Qazaxıstan) - "KuPS Kuopio" (Finlandiya) 3:0

Qollar: Satpayev, 9, Jorjinyo, 29, Qromiko, 43

Qırmızı vərəqə: Zarya, 45 ("Kayrat")

İlk oyun: 0:2

"Drita" (Kosovo) - "Kopenhagen" (Danimarka) 0:1

Qol: Kornelyus, 42

Qırmızı vərəqə: Balaj, 27 ("Drita")

İlk oyun: 0:2

"Dinamo" (Kiyev, Ukrayna) - "Hamrun" (Malta) 3:0

Qollar: Vanat, 28, Brazko, 35, Mxavko, 82

İlk oyun: 3:0

"Srvena Zvezda" (Serbiya) - "Linkoln" (Cəbəllütariq) 5:1

Qollar: Katay, 8, İvaniç, 16, Duart, 37, Milson, 44, Ndiaye, 75 - De Barr, 53

İlk oyun: 1:0

"Zrinski" (Bosniya və Herseqovina) - "Slovan Bratislava" (Slovakiya) 2:2

Qollar: Bilbiya, 72-pen; Pranyiç, 76 - Streleç, 80, 87

İlk oyun: 0:4