"Fənərbaxça" PSJ-yə məxsus olan Milan Şkrinyarın keçidini həll edib. Sport24.az xəbər verir ki, klublar arasında razılıq əldə olunub. Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

 

30 yaşlı mərkəz müdafiəçisi tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün bu gecə İstanbulda olacaq.

 

Qeyd edək ki, Milan Şkrinyar 2024/2025 mövsümünün ikinci yarısında icarə əsasında "Fənərbaxça"nın formasını geyinib. 30 yaşlı futbolçu Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.