"İnter" "Cenoa"nın yarımmüdafiəçisi Morten Frendrupun transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, 24 yaşlı danimarkalı Milan klubundan ayrılan Piotr Zielinskini əvəzləmək üçün nəzərdə tutulub. "İnter" daha əvvəl də Frendrupun xidmətində maraqlı olub. Lakin onun keçidi ikinci plana düşüb. Lakin Zielinski ilə bağlı yaranmış vəziyyətə görə hazırda "İnter" transferdə israrlıdır.
Qeyd edək ki, Frendrup 2024/25 mövsümündə 37 matçda 2 qol vurub. Onun "Cenoa" ilə müqaviləsi 2028-ci ilin yayında başa çatır. "Transfermarkt" portalı futbolçunun transfer dəyərini 20 milyon avro qiymətləndirir.