"Komanda tam hələ formalaşmayıb. Yoxlama oyunları isə çatışmazlıqları aşkar etmək üçündür". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in futbolçusu Şakir Seyidov deyib.

Seyidov "şamaxı" ilə oyunu yada salmaqla yanaşı, komandasının vəziyyəti barədə də danışıb: 

"Yoxlama matçlarında nəticə elə də önəmli deyil. Amma "Şamaxı" ilə görüşdə ağır məğlubiyyət aldıq. Çempionatın startına hələ vaxt var. Ümid edirəm, hər şey qaydasına düşəcək. Yenidən sabiq komandama geri döndüyüm üçün xoşbəxtəm. Yeni transferlərimiz də olacaq. Kollektivdə cavan futbolçular üstünlük təşkil edir. İnşAllah, hər şey çempionat başlayana kimi yoluna düşəcək. Məşqlərdə dayanmadan çalışırıq. Növbəti mövsümə yaxşı formada hazırlaşırıq".

 

"Daha çox hansı mövqelər güclənməlidir" sualına cavab verə bilmərəm. Bu barədə baş məşqçimiz və köməkçiləri daha dolğun cavab verə bilər".

 

Qeyd edək ki, Seyidov mövsümlərarası fasilədə Gəncə klubu ilə müqavilə bağlayıb.