"Qalatasaray" "Napoli"yə məxsus olan Viktor Osimhenin keçidini yekunlaşdırıb. Sport24.az xəbər verir ki, "sarı-qırmızılar" nigeriyalı hücumçunun transfer üçün İtaliya klubu ilə razılıq əldə edib.

 

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

Osimhen bu gecə İstanbulda olacaq. "Cim bom" 26 yaşlı forvard üçün İtaliya çempionuna 75 milyon avro təzminat ödəyəcək.

 

Qeyd edək ki, Viktor Osimhen ötən mövsüm icarə əsasında "Qalatasaray"In formasını geyinib. Ulduz futbolçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 37 qol və 8 məhssuldar ötürmə ilə yadda qalıb.