"Nyukasl"ın hücumçusu Aleksander İsak 2019-2022-ci illərdə formasını geyindiyi "Real Sosyedad"da fərdi proqram üzrə məşq edir. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Bir neçə gün öncə insayder Florian Plettenberq 25 yaşlı isveçlinin "Liverpul"la şifahi razılığa gəldiyini bildirmişdi. Transfer məbləği təxminən 140 milyon avro təşkil edir. Hücumçu İngiltərə klubu ilə 2031-ci ilə qədər müqavilə imzalamaq niyyətindədir.
Qeyd edək ki, İsak 2024/25 mövsümündə 42 matçda 27 qol vurub və 6 məhsuldar ötürmə edib. Hücumçunun "Nyukasl"la sözləşməsi 2028-ci ilə qədərdir.