Orxan Əliyev Qırğızıstanda ikinci oyununa çıxıb. Sport24.az xəbər verir ki, Əliyevin formasını geyindiyi "Ozqon" 15-ci turda "Talant"la qarşılaşıb. 

 

Matç "Ozqon"un 2:0 qələbəsiylə başa çatıb.

 

Start heyətində meydana çıxan Orxan görüşü əvəzolunmdan keçirib və komandasının ilk qolunun müəllifi olub.

 

Qeyd edək ki, keçən ay "Ozqon"la müqavilə bağlayan Orxan ötən tur debüt edib və adını tabloya yazdırıb.