Yeni mövsümdə Premyer liqada mübarizə aparacaq "İmişli"nin ev oyunlarnı harda keçirəcəyi dəqiqləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi artıq bu məsələ ilə bağlı son qərarını verib.

 

Bölgə təmsilçisi ev oyunlarını Şimal zonasında, daha dəqiq desək, Quba Olimpiya Kompleksinin stadionunda keçirəcək.

 

Qeyd edək ki, bir neçə gün öncə PFL rəhbərliyi sözügedən arenanı təftiş etmiş, bəzi çatışmazlıqların olmasına baxmayaraq, çempionat matçlarının keçirilməsinə icazə vermişdi