"Real" Mario Martini "Xetafe"yə icarəyə verib. Sport24.az xəbər verir ki, 21 yaşlı dayaq yarımmüdafiəçisi ötən La Liqa mövsümünü 13-cü pillədə başa vurmuş komandaya icarə əsasında qoşulub.

 

Müqavilədə satınalma imkanı da nəzərdə tutulub.

 

Martin ötən mövsümü "Valyadolid"də keçirib və La Liqa 2-də 30 oyunda 1 qol ötürməsi ilə yadda qalıb.