"Qarabağ"ın futbolçusu Leandro Andrade UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə vəsiqə qazanmalarına münasibət bildirib. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi rəqibin hansı kollektiv olmasına fikir vermədiklərini söyləyib:

"Əslində FCSB (Rumıniya) haqqında müəyyən məlumatlara malik idik. Çünki ötən il Avropa Liqasında onlara qarşı mübarizə aparmışdıq. Yaxşı kollektiv idi. İstənilən halda növbəti mərhələyə yüksələn tərəf daha yaxşı və hazırlıqlı komandadır. Bizi çətin qarşılaşmalar gözləyəcək".

Qeyd edək ki, "Qarabağ" bu raundda Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə üz-üzə gələcək. Azərbaycan çempionu III təsnifat mərhələsində İrlandiyanın "Şelburn" kollektivini hər iki görüşdə üstələyib - 3:0, 1:0.