"Kəpəz" bu gün növbəti yoxlama matçını keçirəcək. Sport24.az xəbər verir ki, "sarı-göylər" "Sumqayıt"la üz-üzə gələcək.
Start fiti saat 18:00-da səslənəcək matç Qəbələ şəhər stadionunda baş tutacaq.
Qeyd edək ki, "kimyaçılar" son yoxlama görüşündə "Qəbələ"yə 0:1 hesabı ilə məğlub olub. Adil Şükürovun komandası isə iyulun 27-də "Şamaxı"ya böyük hesabla yenilib - 1:6