Dünən avrokubokların 2024/25 mövsümünə start verilib. Sport24.az xəbər verir ki, Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində 6 matç baş tutub.

 

HİK-i qəbul edən "Panevejis" rəqib qapısından 3 cavabsız top keçirib. Rumıniya çempionu FCSB isə səfərdə "Virtus"u 7 dəfə məyus edib - 7:1.

 

"Qarabağ"ın potensial rəqiblərinin ilk oyununda isə "Linkoln" minimal hesabla qalib gəlib.

 

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunlarına bu gün yekun vurulacaq.

 

Çempionlar Liqası
I təsnifat mərhələsi
İlk oyunlar, 9 iyul

19:30. "Panevejis" – HİK - 3:0
20:45. "Hamrun Spartans" – "Linkoln" - 0:1
22:00. TNS – "Deçiç" - 3:0
22:00. "Santa Koloma" – "Balkani" - 1:2
22:45. "Vikinqur" – "Şemrok Rovers" - 0:0
23:00. "Virtus" – FCSB - 1:7